Rusiyanın hərbi helikopteri Suriyada yerə çırpıldı - ÖLƏNLƏR VAR
Suriyada Rusiyaya məxsus “Ka-52” markalı hərbi helikopter qəzaya uğrayıb. APA TV-nin xəbərinə görə, bu barədə TASS agentliyi Rusiya Müdafiə nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, qəza nəticəsində helikopterin göyərtəsində olan 2 pilot ölüb. Ölən heyətin cəsədləri artıq tapılaraq Rusiya hərbi bazasına gətirilib.
İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.