İranla nüvə razılaşmasına dair Trampın mühüm qərarı gözlənilir

ABŞ prezidenti Donald Tramp tezliklə İranla nüvə razılaşması barədə qərarını açıqlayacaq.

APA TV-nin xəbərinə görə, bu barədə ABŞ lideri özünün “Twitter” səhifəsində bildirib.

"Mən sabah saat 14:00-da Ağ Evdə İranla razılaşmaya dair qərarımı açıqlayacam", - deyə D.Tramp yazıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “Altılıq" ölkələri - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunur.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. O, İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

Müəllif | Apa.Tv
Apa.tv