"Qara qızıl"ın ümidi Ağ Evədir - TRAMPIN İRAN QƏRARI BAZARI ÇALXALAYACAQ
Birjalarda xam neftin qiymətləri bahalaşmadan sonra dəyər itirib.
APA TV-nin məlumatına görə, qiymətlərin tez-tez dəyişdiyi son günlərdə bazarın diqqəti Vaşinqtona yönəlib. ABŞ prezidenti yerli vaxtla 14:00-da İranla imzalanmış nüvə razılaşmasından çıxıb-çıxmayacağı ilə bağlı qərarını açıqlayacaq.
Əgər ABŞ müqavilədən çıxsa, Yaxın Şərqdə böhran daha da böyüyəcək, İrana qarşı sanksiyalar genişləndiriləcək və sərtləşdiriləcək, bu ölkənin neft idxalı ciddi azalacaq. Bu ssenari isə qiymətləri bahalaşdıracaq. Əgər ABŞ müqavilədən çıxmasa, əksinə, gərginlik azalacaq, neft ucuzlaşacaq.
Razılaşmanın digər iştirakçıları - Avropa ölkələri İranla anlaşmadan çıxmaq istəmir.
Bu arada Səudiyyə Ərəbistanı dünyada artıq xam neft ehtiyatlarının azaldığını, qiymətlərin üç ilin zirvəsinə çatmasına baxmayaraq, OPEC-in istehsalı azaltmaqla bağlı razılaşmanın vaxtını uzadacağını bildirir.
Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 75,50 dollardan, Qərbi Texas neftinin bir bareli isə 69,95 dollardan satılır.