Rauf Talışinski vəfat etdi

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib. Bu barədə APA-ya Rauf Talışinskinin yaxınları məlumat verib.

 

Qeyd edək ki, R.Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.


"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olub.


27 yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru idi. 


Rauf Talışinski "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv
Leyla Behbudlu