Trampla Kim Çen Inın görüşəcəyi yer bəlli oldu

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda bir araya gələcək.

 

APA TV-nin məlumatına görə, bu barədə Cənubi Koreya mətbuatı yazıb. İddiaya görə, iki liderin görüşü iyunda baş tutacaq.

 

Donald Tramp ötən həftə son açıqlamasında zirvə üçün tarix və yerin dəqiqləşdiyini yazsa da, detalları açıqlamamışdı. O, jurnalistlərə "yaxında yeri və tarixi bildirəcəyik" demişdi.

 

Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə Şimali Koreyadan olan həmkarı ilə görüşərək liderlərin görüşünü müzakirə edib.

 

Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp iki Koreya sərhədində yerləşən "Sülh evi"inin görüş üçün yaxşı bir variant olduğunu da demişdi.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı