Tramp Qüdsə getməyəcək - QIZINI GÖNDƏRƏCƏK
Donald Tramp ABŞ səfirliyinin Qüdsdəki açılış mərasimində iştirak etməyəcək.
APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən açıqlama verilib.
Rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd olunur ki, açılış mərasimində ABŞ-ın İsraildəki səfiri David Fridman, maliyyə naziri Stivn Mnuşin və Donald Trampın qızı İvanka Tramp iştirak edəcək.
Qeyd edək ki, açılış tədbiri mayın 14-ə nəzərdə tutulub.
Bu arada artıq Qüdsün küçə və prospektlərində ABŞ səfirliyinin yerləşdiyi istiqaməti göstərən lövhələr vurulmağa başlayıb.