Paşinyan: "Azərbaycanla danışıqlara hazıram"
"Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram".
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu Ermənistan parlamentində baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır.
Xatırladaq ki, bu gün Ermənistan parlamentində baş nazir seçiləcək. Yeganə namizəd Nikol Paşinyandır. O, hökumət rəhbəri seçilməsi üçün ən azı 53 deputatın səsini qazanmalıdır.