Gənc ailmlərə ev nə zaman veriləcək?

Milli Elmlər Akademiyası gənc alimlərə ev verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparır. APA TV-nin xəbərinə görə, Akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, bunula bağlı ötən gün Bakı Şəhər İcra Hakimiyyətini başçısı Hacıbala Abutalıbovla görüşüb. O, akademiyada gənc alimlərə böyük ehtiyacın olduğunu bildirib: "Ən böyük elmi nailiyyətlər əsasən gənc yaşlarda olur. Gənc vaxtı bu əməyə xidmət etmək mümkün olur".

 

Akademiyanın prezidenti bildirib ki, hazırda dövlət elmə ciddi maraq göstərir və  dəstək verir. Ona görə də gənclər dövlətin imkanlarından istifadə etməlidirlər. AMEA-nın pul yox, elm mənbəyi olduğunu deyən Akif Əlizadə bəzilərinin bu məsələni qarışdırmasından təəssüfləndiyini bildirib.

 

Akif Əlizadə Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri ilə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd ölkəmizdə elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar haqqında müzakirələr aparmaq, elmin gələcək inkişafı ilə bağlı indiki gələcəyin məsuliyyətini müəyyən etməkdir.

 

Müəllif | Apa.Tv