Ağstafada 2 maşın toqquşdu - 15 YARALI
Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.
APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazax-Ağstafa marşrutu ilə işləyən "Mercedes" markalı mikroavtobusla "Opel" markalı avtomobilin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
Xəsarət alanlardan iki nəfər - Qazax rayon sakinləri, 1999-cu il təvəllüdlü Eldar Şıxməmmədov və 1940-cı il təvəllüdlü Vəkil Hüseynxanov Qazax Müalicə Diaqnostika Mərkəzinə, Qazax sakinləri - 1959-cu il təvəllüdlü Xanbala Nəbiyev, 1978-ci il təvəllüdlü Samirə Ələsgərova, 1967-ci il təvəllüdlü Gülnarə Cəfərova, 1957-ci il təvəllüdlü Şamil Cabbarov, 1989-cu il təvəllüdlü Röyal Mahmudov, 1963-cü il təvəllüdlü İslam Osmanov, 1960-cı il təvəllüdlü Nəzakət Novruzova, 1938-ci il təvəllüdlü Zərifə Ələkbərova, Ağstafa sakinləri - 1963-cü il təvəllüdlü Alidə Alıiskəndərova, 1966-cı il təvəllüdlü Nəzifə Əmirova, 1963-cü il təvəllüdlü Nərgiz Mansurova, 1977-ci il təvəllüdlü Azər Allahverdiyev Ağstafa Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanlara tibbi yardım göstərilib və bir neçəsi ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.