Saatlıda şagird məktəbdə öldü - DÖYÜLDÜYÜ İDDİA OLUNUR
Saatlıda məktəbdə ölüm hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yəhya Eldar oğlu məktəbdə ölüb.
Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.
Faktla bağlı araşdırma aprılır.