Astarada İran vətəndaşı narkotiklə tutuldu

Astarada İran vətəndaşı narkotiklə tutulub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Abanqa Viznə Əmin Əli oğlu şəhərin Dənizkənarı Park ərazisində saxlanılıb.

 

Onun üzərinə keçirilən baxış zamanı bel çantasından üç bükümdə, ümumi çəkisi 1 kq 30 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Abanqa Viznə Əmin Əli oğlu şübhəli şəxs qismində tutulub. O, narkotik vasitəni İrandan gətirdiyini bildirib.

 

Müstəntiq Ziya Rüstəmov deyib ki, o, ifadəsində narkotik vasitəni İran İslam Respublikasında Rüstəm adlı şəxsdən əldə etdiyini və qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirdiyini söyləyib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv