Duma Medvedevi baş nazir vəzifəsinə təsdiqləyib

Dmitri Medvedev yenidən Rusiyanın baş naziri seçilib.

 

APA TV-nin məlumatına görə, bu barədə qərar Dövlət Dumasının plenar iclasında qəbul olunub.
 

D.Medvedevin namizədliyi lehinə 374, əleyhinə isə 56 deputat səs verib.

 

Qeyd edək ki, iclasda Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv