Donald Tramp: "ABŞ İranla nüvə sazişini tərk edir"
ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, D.Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.
D.Tramp bundan əvvəl fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı da ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətində olduğunu bildirib və əlavə edib ki, Vaşinqton İrana qarşı bütün sanksiyaları bərpa etməyi və əlavə iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.