Erməni qadın Hollivud ulduzu Paris Hiltona pul atdı
Hollivud ulduzu Paris Hiltondan oğurluq edən erməni qadın həbs olunub.
APA TV-nin xəbərinə görə, qadın haker 4 il 9 ay müddətində azadlıqdan məhrum edilib.
Paytsar Bkxçacyan adlı qadın Paris Hiltonun bank hesabına daxil olaraq 2 il ərzində onun hesabından pul oğurlayırmış. Hətta o, həmin hesabdan istifadə edərək Hollivudda yerləşən "Ruzvelt" otelində keçiriləcək yeni il şənliyinə 40 000 dollarlıq bilet alıb. Şənlikdə haker qadının xərclədiyi məbləğ də 40 000 dollar həcmində müəyyən edilib.
Həmçinin Paytsar Bkxçacan Paris Hiltonun köməkçisinə elektron məktub yazaraq, ondan öz hesabına 80 000 dollar pul köçürülməsini də istəyib.