İsrail Suriya paytaxtına raket zərbələri endirdi
Suriya paytaxtına raket zərbələrinin qarşısı alınıb.
APA TV-nin məlumatına görə, Dəməşqin Kisva bölgəsini hədəf alan İsrailə aid 2 ədəd raket Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib.
Suriya hökuməti bildirib ki, raketlər zərərsizləşdirilsə də, qalıqlar ciddi partlayışlara səbəb olub.
Xəbərdə qeyd edilir ki, İsrail ordusu silah daşıyan maşın karvanını hədəfə götürüb.