Mehman İsmayılov: "Maaş alan din xadimlərinin fəaliyyətinə nəzarət ediləcək"
"Mənəvi Dəyərlərin Təbliği Fondu prezident İlham Əliyevin keçən ilin oktyabrın 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb".
Bu açıqlamanı APA TV-yə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
"Bundan yola çıxaraq Prezident İlham Əliyevin bu ilin mart ayında fonda ayırdığı vəsait hesabına QMİ tərəfindən rəsmi şəkildə təyin olunmuş din xadimlərinə maddi dəstək veriləcək. Bu maddi dəstək din xadimlərinə üç kateqoriyada ayrılaraq veriləcək. Birinci kateqoriyaya imamlar, ikinci kateqoriyaya imam müavinləri, üçüncüyə isə mütəvəllilər daxildir. Beləliklə fondla din xadimləri arasında qarşılıqlı müqavilə bağlanılacaq. Bu müqavilə isə bu ilin dekabr ayının sonuna qədər dövrü əhatə edir".
Din xadimlərinə maddi dəstək Azərbaycanın bütün bölgələrinə şamil olunacaq. Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din xadimlərinin işlərinə nəzarət ediləcək.