Səfir: "Dağlıq Qarabağ münaqişəsinin ən yaxşı yolu..."

"Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı yolu prezidentlərin görüşlərini davam etdirməsi və problemin birdəfəlik həll edilməsi ilə bağlı konkret həlli yollarını müzakirə etməsidir".

 

APA TV-nin xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda Vyanada keçirilən görüşünü çox yaxşı və konstruktiv adlandırıb: "Biz  ATƏT-in Minsk Qrupunun həmsədri kimi nizamlama prosesində vasitəçilik etmək və tərəflərə mümkün köməkliyi göstərməklə bağlı səylərimizi davam etdirəcəyik. Əsl həllin nə vaxt baş verəcəyi ilə proqnoz vermək çətindir. Ancaq hər iki tərəfin prezidentlərinin açıq dialoq aparması özü bir müsbət haldır".

 

Riçard Morninqstar Ukraynada baş verən hadisələrin digər ölkələrə necə təsir göstərəcəyi haqda suala da cavab verib. Onun sözlərinə görə, Azərbaycan suveren və müstəqil ölkədir və kənardan hansısa ölkənin təzyiqi olmadan nə etmək, hansı istiqamətdə hərəkət etmək barədə qərarları özü verir.

Müəllif | Apa.Tv