Penitensiar Xidmətdə Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib. APA TV-nin məlumatına görə, Xidmətin rəisi Ceyhun Həsənov ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yoluna nəzər salıb. O bildirib ki, Azərbaycanın bugünkü zəngin elmi iqtisadi, mədəni , kadr potensialının təməlində Heydər Əliyevin apardığı quruculuq işləri dayanır. Bu gün regionda Azərbaycanın iştirakı olmadan hər hansısa bir layihənin reallaşmasının mümkünsüz olduğunu vurğulayan Ceyhun Həsənov yeni hüquq sisteminin müəllifinin də məhz Heydər Əliyev olduğunu deyib.
Tədbirdə çıxış edən millət vəkili Musa Quliyev deyib ki, Heydər Əliyev dünyanın müxtəlif ölkələrində 60 milyondan çox azərbaycanlı tərəfindən anılır, onun haqqında xatirələr bölüşülür.
Heydər Əliyevin Azərbaycan xalqının tarixində iz qoyduğunu deyən millət vəkili, bu izin uzun əsrlər boyu yaşayacağını deyib. Sonda Heydər Əliyevin xatirəsinə həsr edilmiş film təqdim edilib.