Cəlilabadda avtomobil aşıb, sürücü ölüb

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Kazımabad kəndi ərazisində "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq maneəyə çırpılıb və aşıb.

Hadisə nəticəsində sürücü İlqar Həsənov ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv