Şimali Koreya həbs olunmuş 3 ABŞ vətəndaşını ölkəsinə qaytardı
ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Şimali Koreyada saxlanılan üç amerikalının sərbəst buraxıldığını açıqlayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, D.Tramp Pxenyana səfər edən ABŞ dövlət katibi Mayk Pompeonun sərbəst buraxılan həmin üç Amerika vətəndaşı ilə ölkəyə qayıtdığını bildirib. O, həmin şəxsləri hava limanında şəxsən qarşılayacağını açıqlayıb.
Qeyd edək ki, həbs olunan şəxslərin azad edilməsi ABŞ və Şimali Koreya arasında ilk konkret addım hesab olunur. ABŞ prezidenti D.Tramp və Şimali Koreya lideri Kim Çen Inın gələn həftə tarixi bir görüş keçirəcəyi gözlənilir.