Lənkəranda motoroller avtomobillə toqquşub - YARALILAR VAR

Lənkəranda yol qəzası baş verib, biri ağır olmaqla, iki nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, "VAZ 2107" markalı avtomobillə "Muravey" markalı motorollerin toqquşması zamanı ikincinin sürücüsü - Lənkəran şəhər sakini Qurban Abbasov və sərnişini - rayonun Ürgə kənd sakini Samir Şiriyev xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəsarət alanlardan sürücü Q.Abbasovun vəziyyəti daha ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv