Daşkəsəndə 43 yaşlı qadın 6 aylıq körpəsinə və özünə od vurdu - MÜƏMMALI İNTİHAR

Daşkəsəndə ölüm hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Həsənov Əli İlqar oğlunun yanmış meyitləri  yaşadıqları evdə aşkarlanıb.

Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin intihar olduğu ehtimal edilir. İlkin araşdırma zamanı rayonun Qabaqtəpə kənd sakini 1975-ci il təvəllüdlü Lətifə Həsənovanın intihar məqsədi ilə otağı yandırdığı və 6 aylıq körpəsi ilə birlikdə öldüyü məlum olub.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv