Neftin qiyməti 80 dollara yaxınlaşır - SƏBƏBLƏR
Neftin qiymətləri Yaxın Şərqdə böhranın böyüməsi nəticəsində bahalaşıb.
APA TV-nin məlumatına görə, İsraillə İran arasında gərginliyin artması, İsrail və Suriyanın biri-birini ağır silahlarla vurması, ABŞ-ın İranla imzalanan nüvə razılaşmasından çıxması və bu ölkəyə sanksiyaları genişləndirəcəyi ilə bağlı açıqlama qiymətlərə müsbət təsir edib.
Xam neftin qiymətləri 2014-cü ildən bu yana ən yüksək səviyyəyə qalxıb. "Brent" markalı neftin bareli bir dollardan artıq bahalaşaraq 77,75 dollardan təklif olunur. Qərbi Texas markası da bir dollara dəyər qazanıb. WTI nefti hazırda 71,64 dollardan satılır.
Qiymətlərin bahalaşmasının digər səbəb isə ABŞ-da neft ehtiyatlarının azalmasıdır. Ehtiyatların 1 milyon barel artması gözlənilsə də, ötən həftə 2,2 milyon barel azalma qeydə alınıb.
Əgər Yaxın Şərqdə münaqişə yaxın vaxtlarda dayanmasa, əksinə genişlənsə, qiymətlər bir müddət yüksələn xətlə inkişaf edəcək.