İsrail ordusu Suriyaya girdi - İRANLA MÜHARİBƏ BAŞLADI

 İsrail aviasiyası Suriya ordusunun Qolan yüksəkliyindəki mövqelərini atəşə tutub.

 

APA TV-nin "Əl-Mayədin" telekanalına istinadən məlumatına görə,

bundan əvvəl İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub.


İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İsrailin cavab zərbəsi nəticəsində isə Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) dağıdılıb.

 

Bundan sonra İsrail hərbçiləri Suriyanın cənub əyalətlərinə doğru hərəkətə keçib.

 

Kuneytra əyalətində Baas və Xadar bölgələrinə tanklar yeridilib.


Suriya ordusunun ciddi müqavimətindən sonra İsrailin hərbi təyyarələri bölgə üzərində uçuşlara başlayıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı