Paşinyan: "Türkiyə Qarabağla bağlı tələblər irəli sürməməlidir"
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Türkiyəyə müraciət edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, Dağlıq Qarabağa gedən N.Paşinyan jurnalistlərə açıqlamasında Ermənistan-Türkiyə münasibətlərinə toxunub.
Nikol Paşinyan Türkiyə ilə qeyd-şərtsiz diplomatik münasibətlər qurmağa hazır olduğunu deyib: "Türkiyə ilə heç bir şərt olmadan əlaqələr qurmaq istəyirəm, ancaq rəsmi Ankara Dağlıq Qarabağla bağlı tələblər irəli sürməməlidir. Bu məntiqli deyil. Ortada üçüncü tərəf - Azərbaycan var".
Qeyd edək ki, Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanla Dağlıq Qarabağ problemi barədə danışıqlara hazır olduğunu bildirmişdi.