Səudiyyə Ərəbistanı nüvə silahı hazırlayır - İRANA QARŞI
"İranla nüvə anlaşması pozularsa, rəsmi Ər-Riyad özünün nüvə silahını istehsal edəcək".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Ağ Ev rəhbəri Donald Trampın ABŞ-ın nüvə razılaşmasından çıxmasına cavab olaraq bəyan edib.
O bildirib ki, ölkəsinin bu addımı İranın hərbi manevrlərindən müdafiə məqsədi daşıyır.
Bu arada ABŞ-ın Səudiyyə Ərəbistanını nüvə reaktorları ilə təchiz etməsinə dair iddialar ortaya çıxıb. Bundan bir qədər əvvəl isə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman İranla hərbi konfrontasiyanı istisna etməyib.