Bakıda narkotik alverçisi tutuldu
Bakıda narkotik alverçisi yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini Ramil Əsədov saxlanılıb.
Onun üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilən zaman 102,510 qram tiryək, 8,654 qram heroin, 1,041 qram metamfetamin və 16 ədəd metadon həbləri aşkar olunaraq götürülüb. İlkin ifadəsində saxlanılan şəxs narkotik maddələri və dərmanları şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.