İrəvanda yeni aksiyalar başladı - YENƏ İSTEFA ŞÜARLARI
İrəvanda yeni etiraz aksiyaları başlayıb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, aksiya şəhər meriyasının önündə keçirilir.
Etirazçılar İrəvan meri Taron Markaryanın istefasını tələb edir. Aksiya "Ərik ölkəsi" partiyasının dəstəyi ilə keçirilir.
Aksiya təşkilatçıları bildirib ki, onların bu mitinqinin Nikol Paşinyanla heç bir əlaqəsi yoxdur, İrəvan sakinlərinin istəyi Taron Markaryanın postundan getməsidir.