Xameneyi: "Trampın leşi qurdlara yem ediləcək"

"Trampın cəsədi qurdlara yem ediləcək". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri İranın ali dini lideri Əli Xameneyi deyib.

ABŞ prezidentinin ölkəsi ilə nüvə sazişini ləğv etməsinə kəskin münasibət bildirən Xameneyi Vaşinqtona sərt cavab veriləcyini bildirib.

"ABŞ-ın bizə qarşı olan bütün rəhbərləi ölüb, İran xalqı isə yaşayır. Trampın leşi qurdlara yem ediləcək, amma biz yenə ayaq üstə qalacağıq" - deyə, Xameneyi bildirib.

Bundan əlavə İran parlamentində ABŞ bayrağı yandırılıb. Deputatlar "Amerikaya ölüm!" şüarı səsləndirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı