Göygöldə dəhşətli qətl: ər arvadını öldürdü
Göygöl rayonunda qətl hadisəsi baş verib.
APA TV-nin Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonundan olan məcburi köçkün, Göygöl rayonunda məskunlaşan 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayevanı bıçaqlayaraq öldürüb.
Hadisə yerindən qaçan F.Ələsgərovun tapılması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.