Zaqatalada yanğın! 10 TON OT YANDI
Zaqatalada yanğın hadisəsi olub. Yanğın rayonun Faldar kəndində Qurbanov Əhməd İdris oğluna məxsus evin həyətyani sahəsində yığılmış 1000 ədədə yaxın quru ot bağlaması olan tayada baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ot tayası yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində ot tayasına yaxın ev və digər tikililər yanğından mühafizə edilib. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
APA TV-nin xəbərinə görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, 12 ton ot bağlamasının 10 tonu yanıb.