Ermənistanda daha iki şəxs istefaya getdi - İRƏVAN MERİ DƏ POSTUNDAN GEDƏ BİLƏR

Ermənistanda istefalar davam edir.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Dövlət Əmlakı İdarəsinin rəisi Armen Saakyan və Daşnaksütun partiyasından olan deputat Armen Babayan istefaya gedib.

 

Onlar istefanın səbəbləri barədə açıqlama verməyib.

İrəvanda başlayan etiraz aksiyalarında isə şəhər merinin istefası tələb olunur. Etirazçılar meriyaya aparan Arqişti prospektini bağlayıb.

 

 

Müəllif | Apa.Tv
Leyla Behbudlu