Gənc gömrükçülərin andiçmə mərasimi keçirilib
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) orqanlarına yeni qəbul olunmuş kadrların andiçmə mərasimi baş tutub.
APA TV-nin xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən DGK sədri Səfər Mehdiyev bildirib ki, məhz Heydər Əliyevin qərarları sayəsində bu gün gömrük xidməti iqtisadi təhlükəsizliyin keşiyində duran və müasir tələblərə cavab verən bir orqana çevrilib.
Daha sonra bir qrup yüksək rütbəli zabitlərin də iştirakı ilə gömrük orqanlarına yeni qəbul edilmiş şəxslərin andiçmə mərasimi keçirilib.
Mərasimdən sonra Dövlət Gömrük Komitəsinin inzibati binasında Heydər Əliyevin doğum gününə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə çıxış edən komitə sədri Səfər Mehdiyev Heydər Əliyevin gömrük orqanları üçün gördüyü işlərdən danışıb.
Mərasimdə çıxış edən Milli Məclisin komitə sədri Arif Rəhimzadə Heydər Əliyev barədə xatirələrini bölüşüb.
Tədbirin sonunda Səfər Mehdiyev gömrük orqanlarında çalışan zabitləri mükafatlandırıb.