Əsəd: "Rusiya Suriyada 3-cü dünya müharibəsinin başlamasına imkan verməyəcək"

"Rusiya tərəfi Suriyadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsinə imkan verməyəcək".

 

APA TV-nin SANA agentliyinə istinadən məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

 

"Üçüncü dünya müharibəsi olmayacaq, çünki Rusiyada müdrik rəhbərlik var. Hazırda Rusiya-ABŞ münasibətləri "soyuq müharibə"dən də pisdir. Ümid edirəm ki, bu ölkələr arasında birbaşa münaqişənin şahidi olmayacağıq", - deyə o vurğulayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı