Ermənistanda iki güc naziri işdən azad edildi - PAŞİNYANIN TƏLƏBİ İLƏ
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin polis rəisi və xüsusi təhlükəsizlik orqanları rəhbərini vəzifədən azad edib.
APA TV-nin erməni mətbuatına istinadən məlumata görə, bu barədə hakimiyyət orqanları xəbər verir.
Ermənistanın polis rəisi Vladimir Qasparyan və Milli Təhlükəsizlik Orqanın rəhbəri Georgi Kutoyan Ermənistan prezidentinin göstərişi ilə vəzifələrindən kənarlaşdırılıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində prezidentə təhlükəsizlik orqanlarının rəhbərlərinin vəzifədən kənarlaşdırılması barədə təklif göndərdiyini qeyd etmişdi.