Kafedə işləyən qadının əlləri və üzü yandı - GORANBOYDA

Gəncə sakini işlədiyi kafedə yanıq xəsarətləri alıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Dəliməmmədli şəhərində baş verib.

Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Məmmədova Sevda Əli qızı Goranboy rayonunun Dəlimməmmədli şəhərində olan kafedə iş görən zaman əl və üz nahiyələrindən yanıq xəsarətləri alıb. Qadın xəstəxanaya çatdırllıb, ona tibbi yardım göstərilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv