ABŞ 6 iranlıya və 3 şirkətə sanksiya tətbiq etdi

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qarşı sanksiyaları genişləndirib. APA TV-nin xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sanksiya siyahısına 6 iranlı və onlardan biri ilə əlaqəli 3 şirkət daxil edilib. Onların İİKK ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, ABŞ-ın İİKK-ə qarşı tətbiq etdiyi hazırkı sanksiyalarının İranla nüvə sazişi bağlandıqdan sonra dondurulmuş sanksiyalarla əlaqəsi yoxdur.

 Xatırladaq ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv