Tovuzda dəhşət - 3 UŞAQ ANASI ÖZÜNÜ YANDIRDI
Tovuzda qadın özünü yandıraraq intihar edib.
APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin həyətində olan toyuq hinində özünü yandırıb. Qadın hadisə yerində ölüb.
3 uşaq anası olan qadın yoluxucu xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.