Angela Merkel: "ABŞ artıq bizi qorumaq iqtidarında deyil"
Almaniya kansleri Angela Merkel və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
APA TV-nin Almaniya Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, A.Merkel H.Ruhaniyə İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalanadək Almaniya, Fransa və Böyük Britaniyanın sazişi dəstəkləyəcəyini bildirib.
Bununla yanaşı, A.Merkel İranın İsrailə məxsus hərbi obyektlərə hücumunu pisləyib və Tehranı bölgədə gərginliyin aradan qaldırılmasına öz töhfəsini verməyə çağırıb.
Almaniya kansleri həmçinin ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edib: "Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır. ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir".