DGK daha bir dövlət qurumu ilə memorandum imzalayıb

Dövlət Gömrük Komitəsi (DGK) ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

 

APA TV-nin xəbərinə görə, sənəddə hər iki qurum arasında ölkəyə idxal və ixrac olunan mal nümunələrinin ekspertizasının nəticələri barədə məlumat mübadiləsi, qarşılıqlı təcrübələrin aparılması nəzərdə tutulub.

 

Əldə edilmiş razılığa görə, hər iki qurum arasında qida təhlükəsizliyi ilə bağlı birgə seminarlar da təşkil ediləcək.

 

Tədbirin sonunda jurnalistlərə açıqlama verən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev komitənin tərkibindəki idxal-ixrac olunan qidaları yoxlayan laboratoriyaların təhvil veriləcəyini də qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv