Əsəd: "Müəyyən şərtlər qarşılığında istefa verə bilərəm"
"Ərdoğan terrorçuları dəstəkləyir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın radikal islamçılara müsbət yanaşdığını qeyd edən Bəşər Əsəd onun "Müsəlman qardaşları" təşkilatının dəstəkləyicisi olduğunu deyib.
Suriya prezidenti müəyyən şərtlər qarşılığında istefa verə biləcəyini də bildirib: "Onsuz da bir gün getməyə məcbur olacağam. Xalqın qalmağımı istəmədiyini hiss etsəm, təbii ki, tərəddüdsüz istefa verəcəyəm. Xalqım isə məni dəstəkləyir. Əgər dəstəkləməsə idi, 7 il bərabər müqavimət göstərə bilməzdik".