Erməni snayperlər dinc sakinləri hədəfə alır - VƏHŞİLİK

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarındakı mövqelərindən cəbhəyanı yaşayış məntəqələrini atəşə tutub. APA TV-nin xəbərinə görə, Tərtərin Qapanlı kənd sakini Hüseynov Vəkil Hüseyn oğlu mal-qara otararkən hədəfə alınıb.

 

Cəbhə boyunca yerləşən kəndlər hər gün atəşə tutulur. Sakinlərin yaşam tərzi bu üzdən çətinləşir.

 

Rayonun Çaylı kəndində də dinc sakinlər və mal qara atəşə tutulub. Kənddə məskunlaşan Laçın rayon sakini Etibar Şahvələdova məxsus 9 baş xırdabuynuzlu heyvana güllə dəyib. Qoyunlardan 4-ü ölüb, 5-i isə yaralı vəziyyətdədir.

 

Yerli idarəetmə orqanlarından verilən məlumata görə, düşmənin əsas məqsədi yerli sakinləri daha aydın görünən hədəfə çevirməkdir. Bildirilib ki, ermənilər adamları vurmaq üçün ilk olaraq heyvanları atəşə tutur. Çünki mal-qarasının tələf olmasını istəməyən sakinlər öz həyatlarını riskə atıb atəş altına çıxır, heyvanlarını tələf olmaqdan qurtarmağa çalışır. Bu da, onların birbaşa hədəfə çevrilməsi deməkdir. 

 

Müəllif | Apa.Tv