Bakıda "Dinamo" hotelinin açılış mərasimi keçirilib

Bakıda "Dinamo" hotelinin açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Dövlət başçısı və xanımı hotelin rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

 

Sonra Azərbaycan prezidenti hotelin kollektivi ilə görüşüb.

 

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Apa.tv