Liberman: "İranın bir zərbəsinə, min qat artıq cavab veriləcək"

"İranın bir zərbəsinə, min qat artıq cavab veriləcək".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

 

O, Suriyada İrana qarşılıq verməyə davam edəcəklərini deyib.

 

Qeyd edək ki, ötən gün İran Qolan yüksəkliklərində yerləşən israilli əsgərlərə hava zərbələri endirmiş və buna cavab olaraq da İsrail Suriyanın cənubuna hücum etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv