Qonşusunun mağazasını yardı və ələ keçdi - OĞURLUQ
Gəncədə ərzaq mağazasından oğurluq edilib. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, mağazadan pul, spirtli içkilər və siqaret oğurlanıb. Şəhər sakini Razim Cəfərov polisə müraciət edərək, Yeni Gəncə qəsəbəsində ona məxsus mağazadan oğurluq edildiyin bildirib. Polis əməkdaşlarının mağazaya keçirdikləri baxış zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında mağazaya daxil olaraq ordan 178 manat məbləğində pul, 15 ədəd araq, 5 ədəd çaxır və müxtəlif markalı siqaret aparılıb. Ərzaq mağazasından oğurluq edən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxs saxlanılıb. O, mağaza sahibi Razim Cəfərovun qonşusu, 29 yaşlı Sahib Vəliyevdir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdaərsində cinayət işi açılıb. İstintaq gedir.