Binəli Yıldırım Paşinyana cavab verdi: "Yeni bir səhifə açmaq istəyirsinizsə..."
Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın "Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq" açıqlamasına münasibət bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, B. Yıldırım bildirib ki, əvvəlcə Ermənistan uzun illərdir Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir: "Əgər Ermənistan bu iddialarından imtina edərsə və yeni bir səhifə açmaq istəyərsə, bunlarla bağlı detalları görüb, cavab verə bilərik. Biz başda qonşularımız olmaqla, heç kimlə düşmən olmağı arzu etmirik. Belə bir təklif varsa, ölkəmizin maraqları çərçivəsində dəyərləndirə bilərik".