Astarada 1 yaşlı uşaq əlini ətçəkən maşına salıb - VALİDEYN DİQQƏTSİZLİYİ
Astarada 1 yaşlı usağın əli ətçəkən maşında qalıb. APA TV-xəbər verir ki, hadisə Astara rayonunun Maşxan kəndində baş verib.
Məlumata görə, valideynlərinin gözündən yayınaraq nəzarətsiz qalan 1 yaşlı İlahə Məmmədova sol əlini ətçəkən maşına salıb. Nəticədə körpənin əli orada qalıb. O, valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın əlini maşından çıxarmaq üçün FHN-in Cənub Regional Mərkəzinə məlumat verilib. Qısa müddət ərzində mərkəzin əməkdaşları xəstəxanada olub. Xilasedicilərin köməkliyi nəticəsində ətçəkən maşın xüsusi kəsici alətlərlə kəsilib və uşağın zədələnən sol əli oradan çıxarılıb.
1 yaşlı körpə aldığı xəsarətlərlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.