Aşıq Azər Xanlaroğlu vəfat etdi
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.
APA TV-nin xəbərinə görə, bu barədə mərhumun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.
Hepatit xəstəliyindən əziyyət çəkən Aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!