Fransanın maliyyə naziri: "ABŞ-ın köləsi ola bilmərik"

"Avropa ölkələri ABŞ-ın köləsi ola bilməz".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Fransanın maliyyə naziri Bruno Le Mayre ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasına və Avropanı bu ölkəyə qarşı sanksiyalara qoşulmağa çağırmasına münasibət bildirərkən deyib.

 

"ABŞ-ın qərarlarına itaət edən ayaqaltı olmaq istəyirsinizmi?" deyə sual edən Mayre "ABŞ dünyada təkbaşına iqtisadi monopoliya qurmamalıdır" fikrini də səsləndirib.

 

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Yves də öz açıqlamasında ABŞ-ın nüvə razılaşmasından çıxmasını kəskin şəkildə tənqid etmiş və ölkəsinin bu razılaşmaya sadiq qalacağını bildirmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv