Yəməndə Türkiyə tankeri partladı - RAKET ŞÜBHƏSİ

Yəmən sahillərində Türkiyəyə məxsus tankerdə partlayış olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Yəmənə buğda ehtiyatları daşıyan "İncə İnebolu" adlı tankerdə baş vermiş partlayış gəminin gövdəsinə ciddi xəsarət yetirib.

 

Qəza halında olan gəminin kapitanın yardım çağırışlarından sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi donanma onlara köməyə gəlib. Səudiyyəyə məxsus gəmilərin müşayiəti ilə tanker Cizan limanında lövbər salıb.

 

Mütəxəssislərin fikrinə görə, gəminin gövdəsində əmələ gəlmiş dəliyə səbəb raket zərbəsidir.

Müəllif | Apa.Tv
Apa.tv